idman

"Biz yazışdıq, mənə dedi ki..."

  • 31 Jul 2017
  • 315 baxış

Arsen Venqer növbəti dəfə Aleksis Sançezin komandada qalacağını bildirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis onun "Arsenal"ın düşərgəsinə yaxın vaxtlarda qoşulacağını qeyd edib.

"Aleksis qrip olub. Biz yazışdıq, mənə dedi ki, mümkün qədər tez gələcək. Sançez və həkimi ilə əlaqə saxlayıram. Problem görmürəm. O, avqustun 1-də komandanın düşərgəsində olacaq. Aleksisə başqa klubların marağına gəldikdə, hər şey olduğu kimidir. O qalır. Yeni müqavilə istəyən futbolçular cari anlaşmaya hörmət etməlidir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR