idman

"Məni Roberto Baco ilə müqayisə etməyin"

  • 31 Jul 2017
  • 270 baxış

"Yuventus"un yeni transferi Federiko Bernardeski jurnalistlərdən onu Roberto Baco ilə müqayisə etməməsini istəyib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc hücumçu bunlatrı deyib:

"Baco kimi futbolçu indi yoxdur. Müqayisələrin düzgün olmadığını düşünürəm. Roberto gəlmiş-keçmiş ən böyük italyan futbolçudur. Düşünürəm ki, məni onunla müqayisə etmək lazım deyil. Mənə xoş olsa da, ona qarşı hörmətsizlikdir".

Bernardeski "qoca sinyora"da 33 nömrəli forma ilə çıxış edəcək. O, 10 nömrəni məhz Bacoya hörmət əlaməti olaraq götürməyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR