idman
Neymarın atası "Barselona"dan 26 milyon avro alacaq
Neymarın atası və agenti yaxın günlərdə "Barselona"dan 26 milyon avro alacaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu ötən yay "Barselona" ilə müqaviləsini 2021-ci ilə kimi uzadanda katalonlar göstərilən məbləğin bonus kimi onun atasına ödəməyə razılaşmışdı. Ödəniş avqusta qədər həyata keçirilməlidir. Yeni müqavilədə Neymarın buraxılış qiyməti 222 milyon avro göstərilib. Hazırda PSG bu bənddən istifadə edib braziliyalı hücumçunu heyətə qatmağa çalışır. Transfer baş tutsa, futbolçunun atası daha böyük həcmdə bonus qazanacaq.
XalqTV.com
RƏYLƏR