Siyasət

Heydər Əliyev Mərkəzinin parkında Xəyyam Nisanovun konserti olub - FOTO

  • 30 Jul 2017
  • 255 baxış

Ötən şənbə günü Heydər Əliyev Mərkəzinin parkında Xəyyam Nisanovun solo konserti olub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, Mərkəzin parkında həftəsonları təşkil olunan ənənəvi istirahət proqramları çərçivəsində bu dəfə Xəyyam Nisanov gözəl mahnılar və şou proqramını canlı ifası ilə tamaşaçılara təqdim edib.

İki saata yaxın davam edən konsertdə Mərkəzin parkında dincələn yüzlərlə sakin və qonaqlar gözəl həftəsonu keçirib.

Qeyd edək ki, Mərkəzin parkında hər həftə müxtəlif əyləncə və istirahət proqramları təşkil olunur. Bu tədbirlərə giriş sərbəstdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR