idman
Millimiz növbəti dəfə Qazaxıstanı məğlub etdi
İyulun 29-da "Dalğa Arena"da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qarşılaşma 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Merve Özdemirin dubl etdiyi oyunda hərəyə bir dəfə Aysun Əliyeva (penalti) və Vüsalə Seyfətdinova fərqlənib. Qazaxıstan millisinin qollarını Begaim Kırqızbayeva (penalti) və Bibigül Nuruşova vurub.
Bu komandalar arasında iyulun 26-da keçirilmiş yoldaşlıq oyunu da millimizin minimalhesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.
XalqTV.com
RƏYLƏR