idman
"Qəbələ" - "Panatinaikos" oyununun hakimləri bəlli oldu
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatianikos" oyununun hakimləri bəlli olub. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmanı ingilis hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Kreyq Pauson təyin olunub. Ona yan xəttdə Li Betts və Adam Nunn yardım edəcəklər. 4-cü hakim isə Kevin Friend olacaq.
UEFA nümayəndəsi kimi xorvatiyalı Aloyje Supraha, hakim inspektor kimi isə macarıstanlı Lajlo Vaqner Bakıya səfər edəcək.
Qeyd edək ki, "Qəbələ" - "Panatianikos" görüşü avqustun 3-də saat 21:00-da start götürəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR