idman

"İslam Həmrəyliyi Oyunları Bakıda ən yüksək səviyyədə keçirilir"

  • 12 May 2017
  • 215 baxış

5-ci İslamiadada azərbaycanlı azarkeşləri Türkiyədə gözləyirik.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu 4-cü İslam Həmrəyliyi Oyunlarının açılışını izləmək üçün Bakıya gəlmiş Türkiyəli azarkeş Murat Torul deyib.

Qonaq qeyd edib ki, Bakıda Oyunların həyəcanı və keçirilməsi ən yüksək səviyyədədir: "Bakıda hər şey çox gözəldir. Bu oyunları izləmək üçün 3 nəfər bayraqlarımızla birlikdə Azərbaycana gəlmişik".

Onun sözlərinə görə, Oyunlarda daha çox qaçış və güləş üzrə yarışları izləməyə gəlib: "İnşallah qızıl medalları Azərbaycan və türk idmançılar qazanar"

Qeyd edək ki, bu gün açılışı keçirilən Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

5-ci İslam Həmrəyliyi Oyunları isə Türkiyədə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR