Siyasət

"İqtisadi problemlərə baxmayaraq, sosial sahədə geriyə doğru addım atılmayıb"

  • 29 Jul 2017
  • 242 baxış

"Dünyada baş verən iqtisadi problemlər Azərbaycana təsirsiz ötüşməsə də, ölkədə sosial sahədə geriyə doğru hər hansı addım atılmayıb".

XalqTV.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, iqtisadi çətinliklərə baxmayaraq, nəzərdə tutulan bütün proqramlar, layihələr həyata keçirilib: "Ümidvaram ki, ölkə iqtisadiyyatının şaxələnməsi, inkişafı sosial sahəyə də öz faydasını verəcək. İlk növbədə aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və əlillər məhz dövlət tərəfindən dəstəyi daha çox almalıdırlar. Bu istiqamətdə də müvafiq proqramlar həyata keçirilməlidir".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR