idman
"Neftçi" xorvatiyalı futbolçu ilə müqavilə bağladı
"Neftçi" xorvatiyalı futbolçu Mateo Mujeklə müqavilə bağlayıb.
XalqTV.com report-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi 2 illik sözləşməyə imza atıb. O, Sloveniyanın "Rudar" klubundan "Neftçi"yə keçib.
Qeyd edək ki, "Neftçi" yay fasiləsi ərzində Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR