idman

Sumqayıtda bina yandı - 2 nəfər tüstüdən zəhərlənib

  • 28 Jul 2017
  • 246 baxış

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. XALQ TVFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR