idman

Xilaskar Bezotosnı

  • 28 Jul 2017
  • 275 baxış

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Panatinaikos" - "Qəbələ" matçının ən yaxşıları seçilib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, həmkarlarımız "qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnını fərqləndiriblər.

Belə ki, yunanlar görüşün xilaskarı seçdikləri ukraynalı qolkiperin seyvləri sayəsində hesab arasındakı fərqin böyümədiyini düşünürlər: "Bezotosnı "Qəbələ"nin Bakıdakı cavab matçına sağ çıxmasının əsas səbəbkarı oldu. Bugünkü qarşılaşmada komandasına liderlik edən qapıçı "Qəbələ"nin növbəti mərhələ üçün şanslarını saxladı".

Yunanıstan mətbuatı oyunun ən yaxşı futbolçusu isə "Panatinaikos"un kapitanı Zekanı seçib. Yazıda məhz onun liderliyi sayəsində komandanın daha intizamlı və sürətli oynadığı vurğulanıb.

Qeyd edək ki, "Apostolos Nikolaidis" stadionunda keçirilən qarşılaşma "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasında cavab görüşü avqustun 3-də 8-ci km qəsəbə stadionunda baş tutacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR