idman
Azərbaycanda 4 məhkum xəstəlikdən öldü
Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb.
XALG TV-nin APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar - 1965-ci il təvəllüdlü Mehman Hümbət oğlu İbrahimov, 1934-cü il təvəllüdlü Qurban Əbuzər oğlu Nəsirov, 1985-ci il təvəllüdlü Elnur Mustafa oğlu Bəkirov və 1949-cu il təvəllüdlü Sərvər Hümbət oğlu Məmmədov xəstəlikdən vəfat ediblər.
RƏYLƏR