idman
"Milan" Renato Sanşeşin qiymətini baha hesab edib
"Milan" Renato Sanşeşə görə 40 milyon avro ödəməyə hazır deyil. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klubun direktoru Marko Fassone portuqal futbolçu üçün "Bavariya"nın istədiyi məbləği böyük hesab edib.
"Hazırda danışıqlar aparmırıq. Rummenige ilə əlaqəmiz yaxşıdır. Bu məsələni bir neçə dəfə müzakirə etmişik. Amma onların futbolçuya qoyduğu qiyməti ödəməyə hazır deyilik. Avqustda nəsə dəyişsə, biz danışıqları davam etdirə bilərik".
Fassone Karlos Bakkanın "Marsel" klubuna keçəcəyi barədə söz-söhbətlərə də münasibət bildirib.
"İndiki məqamda rəsmi təklif almamışıq. Komandada az yeri olacaq kəslər getmək istəyirsə, onların xahişini dəyərləndirərik" - italiyalı funksioner deyib.
XalqTV.com
RƏYLƏR