idman
İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Praqada səfirlərin iştirakı ilə tədbir keçirildi
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Praqada tədbir təşkil olunub.
XalqTV.com xəbər verir ki, Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupunda təmsil olunan səfirlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna 2017-ci ildə sədrlik edən Fərid Şəfiyev çıxış edib.
F.Şəfiyev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd edib və ölkəmizin İslam dəyərlərinin yayılması istiqamətində atdığı addımlar barədə söhbət açıb.
XalqTV.com
RƏYLƏR