Konte: "Harri Keyn dünyada ən güclü hücumçulardan biridir"
"Çelsi"nin baş məşqçisi Antonio Konte "Tottenham"ın hücumçusu Harri Keynə simpatiyasını ifadə edib.
XalqTV.com -a istinadən xəbər verir ki, italiyalı mütəxəsis "mahmızlar"ın forvardını xeyli tərifləyib.
"Tottenham", həqiqətən, səviyyəli futbolçulara sahibdir. Daha bir hücumçu almaq imkanım olsaydı, Harri Keyni seçərdim. O, hərtərəfli hücumçudur. Psixoloji, topla və topsuz işləmək baxımından güclüdür.
Keyn toplarında çox təhlükəlidir. Dünyada səviyyəli ön xətt oyunçularından biridir. Onun transferi ən azı 100 milyon funtdur. Ən azından, mənim üçün. Forvardın bu qiymətə uyğun olduğunu görürəmsə, deməli, böyük futbolçudur".
Konte bir neçə gün öncə "Mançester Siti"nin heyətinə qoşulan Kayl Uolkerlə də maraqlandıqlarını gizlətməyib.
"Uolkeri transfer etmək istəyirdik. Düzü, indi hər futbolçunun baha olduğunu düşünürəm. Müdafiəçi almağa hazırlaşanda xeyli pul tələb edilməsini görürsən. Heyətini möhkəmləndirməyə çalışan komandalara belə transfer bazarında fəaliyyət göstərmək çətindir".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində