idman

"Neftçi" xorvatiyalı futbolçu ilə maraqlanır

  • 27 Jul 2017
  • 223 baxış

Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" komandası heyətinə yeni əcnəbi futbolçu cəlb edə bilər. 

XalqTV.com xəbər verir ki, klubun mətbuat xidmətindən report-a verilən məlumata görə, bu, xorvatiyalı Mateo Mujekdir.

Paytaxt təmsilçisi hazırda 22 yaşlı sol cinah müdafiəçisinin məxsusu olduğu Sloveniya təmsilçisi "Rudar"la danışıq aparır. Tərəflər arasında razılıq əldə edildikdən sonra əcnəbi oyunçu ilə müqavilə bağlanılacaq.

Qeyd edək ki, "Neftçi" yay fasiləsi ərzində Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR