Siyasət
Azərbaycan və Rusiya yenə sərhədlərin demarkasiya məsələsini müzakirə edəcək
Azərbaycan və Rusiya 2017-ci ildə sərhədlərin demarkasiyası üzrə danışıqlar çərçivəsində ikinci görüşü keçirməyi planlaşdırır.
XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Diplomatik mənbənin verdiyi məlumata görə, Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın beşinci iclasının payızda Moskvada keçirilməsi planlaşdırılıb.
Azərbaycanın nümayəndə heyətini bu görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfi isə bu ölkənin XİN-in baş müşaviri Vadim Postonov təmsil edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR