idman
"Leipzig" Keytanı satmaq barədə düşünə bilər
"RB Leipzig"in gənc yarımmüdafiəçisi Nəbi Keytanın "Liverpool"a transferinə təkan verəcək hadisə olub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, rəhbərlik 22 yaşlı futbolçunun məşqə münasibəti və komanda yoldaşı Diyeqo Demmeyə qarşı sərt oynamasından narazı qalıb. Qvineyalı havbek Demme ilə barışsa da, ona qarşı narazılıq tam aradan qalxmayıb. Saksoniya klubu "qırmızılar"ın bir neçə təklifini artıq rədd edib. "Liverpool" son olaraq qarşı tərəfə 75 milyon avro təklif etmişdi.
XalqTV.com
RƏYLƏR