idman
Pavel Paşayevin adı Avropa Liqasının iştirak ərizəsində
Millimizin üzvü Pavel Paşayev yeni transfer olunduğu "Olexandriya"nın Avrokubok matçında meydana çıxa bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Paşayevin adı Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün Ukrayna klubunun iştirak ərizəsinə daxil edilib. Milli komandamızın futbolçusu yeni komandasında 20 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, "Olexandriya" "Astra" ilə iyulun 27-də səfərdə, avqustun 3-də isə Ukraynada oynayacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR