Məhəmmədrəsul Məcidov: "Növbəti döyüşdə də qalib gələcəyəm"
"Növbəti rəqibimin kim olacağını hələ ki, bilmirəm, amma inanıram ki, növbəti döyüşdə də qalib gələcəyəm".
Mili.Az Trend-ə istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarına Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov deyib.
Bəzi zədələrinin olduğunu deyən idmançımız yarışlara yaxşı hazırlaşdığını deyib: "Mənim zədələrim var idi, lakin buna baxmayaraq yarışlara yaxşı hazırlaşmışam. İnanıram ki, növbəti döyüşlərdə daha yaxşı çıxış edəcəyəm".
İdmançımız qalib gələcəyinə inandığını bildirib: "Məqsədim qalib gəlmək, Azərbaycana qızıl medal qazandırmaqdır. Fəxr edirəm ki, Azərbaycanı təmsil edirəm".
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində