idman
"Çelsi" gənc futbolçunu bağışlamadı
"Çelsi"nin braziliyalı futbolçusu Kenedi komandadan uzaqlaşdırılıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin sosial şəbəkədə paylaşımı ona baha başa gəlib. Çində təlim-məşq toplanışında olarkən "zadəganlar"ın 21 yaşlı oyunçusu instaqram hesabında iş başında yuxuya gedən çinli polisin fotosunu paylaşaraq lazımsız sözlər yazıb. Yerli əhalinin kəskin narazılığından sonra daha bir paylaşım edən braziliyalı zarafat etdiyini bildirib və üzr istəyib.
"Çelsi" rəhbərliyi isə futbolçunun hərəkətinə görə, Çin xalqından üzr istəyib və onu Londona qaytarıb. Baş məşqçi Antonio Kontenin "qara siyahı"sına düşən Kenedi komandadan qovulub.
XalqTV.com
RƏYLƏR