idman
"Fiorentina" fransalı futbolçu ilə anlaşdı
"Fiorentina" heyətini yarımmüdafiəçi ilə gücləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "bənövşəyilər" Jordan Veretunun transferini rəsmiləşdirib. Onunla "4+1" sxemi ilə müqavilə imzalanıb. Onun transfer hüquqları "Aston Villa"dan 7 milyon avroya satın alınıb. Fransalı havbek ötən mövsüm icarə əsasında "Saint Etienne" klubunun şərəfini qoruyub. Veretu Avroliqanın qrup mərhələsində "Qəbələ" ilə oyunlarda da meydanda olmuşdu.
XalqTV.com
RƏYLƏR