idman

"Qəbələ"nin rəqibində iki yeni qərar

  • 25 Jul 2017
  • 249 baxış

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" iki qapıçısı ilə bağlı fərqli qərar verməli olub.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki,Afina təmsilçisi əsas qolkiper Luk Stillə yollarını ayırmağa hazırlaşır.

Buna səbəb 33 yaşlı oyunçunun İngiltərədən təkliflər almasıdı. Belə ki, ölkəsinin aşağı liqa klublarının maraq dairəsində olan Stil onlardan birinin təklifini qəbul edib, İngiltərəyə qayıtmaq barədə düşünür.

Bunu nəzərə alan "Panatinaikos" rəhbərliyi digər qapıçı Sokratis Diudisi komandada saxlamaq qərarına gəlib. Bir müddət əvvəl gedişi gözlənilən 24 yaşlı qolkiper Stilin ayrılmasından sonra əsas qapıçı olacaq. Bu səbəbdən müqavilə müddəti 2019-cu ilə qədər olan Diudis qalmaq qərarına gəlib.

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun iyulun 27-də Yunanıstanda keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR