idman

Azərbaycan yığmasının oyunu nümunə oldu

  • 25 Jul 2017
  • 212 baxış

"Konfederasiyalar kuboku Rusiyada azarkeşlərlə işin aşağı səviyyədə aparıldığını göstərdi. Təbii ki, əgər belə bir iş ümumiyyətlə aparılırsa".

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki,bu sözləri Rusiya Futbol İttifaqının mətbuat xidmətinin sabiq rəhbəri, futbol eksperti Andrey Malosolov deyib.

Şimal qonşularımızın azarkeş hərəkatının ideoloqlarından sayılan mütəxəssis bu sahədəki problemlərdən narahatlığını açıqlayıb. DÇ-2018 öncəsi azarkeşlər haqda fikirlərini bildirən Malosolov əvvəlki illəri, xüsusilə də Azərbaycan yığması ilə matçı nümunə göstərib: "Vaxtilə Vitali Mutko Rusiya yığması üçün əsl inqilab etmişdi. Bunun sayəsində milli dəbdə idi. Həmin vaxt gözəl bir layihə - Ümumrusiya Azarkeşlər Birliyi 4 il fəaliyyət göstərdi. 2009-cu ilin martında, soyuq havada keçirilən Rusiya - Azərbaycan oyununa təxminən 70 min azarkeş gəlmişdi. Bu da Rusiya Futbol İttifaqı ilə azarkeşlər arasında əsl əməkdaşlıq idi".

Qeyd edək ki, 2009-cu il martın 28-də keçirilən görüşdə Rusiya millisi yığmamızı 2:0 hesabı ilə məğlub edib. Həmin vaxt Malosolov olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR