idman

"Onun əla zərbələri var"

  • 24 Jul 2017
  • 255 baxış

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti "Çelsi"nin Alvaro Moratanı transfer etməsinə dair fikirlərini bölüşüb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:

"Çelsi" yaxşı transfer reallaşdırdı. Morata güclü hücumçudur. O, ön xəttin müxtəlif mövqelərində oynaya bilir. Mənim "Real"ı çalışdırdığım vaxtda o, mərkəzdə və cinahda oynayırdı. Morata komanda oyununa üstünlük verir. Onun əla zərbələri var. Yeni mövsümdə ona uğurlar arzulayıram".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR