idman
"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO
"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: "24 il keçdi... Bu gün "Qarabağ" klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür".
Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a bu yay "Legiya"dan keçib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR