SAĞLAMLIQ

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

  • 23 Jul 2017
  • 627 baxış

Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik adətən uşaqlarda baş verir. Qızartılar bir və ya hər iki yanaqda ola bilir. Qızartılar qaşınan və ya qaşıntısız ola bilir. Yanaqda əmələ gələn dairəvi qızartılar görünüşünə görə qabıqlı və qabıqsız olmaqla 2 cür olur. Səpgilər dəri qatından biz az qabarıq şəkildə təzahür edir və çəhrayı, qırmızı və moruq rəngində ola bilir. Qızartılar nöqtə və ya ləkələr halında ola bilir. Qızartılar akne, ekzema, dermatit, allergik reaksiya, rozella səpgiləri halında olur. Yanaqdakı qızartılar zərərsiz sayıla bilir və asanlıqla müalicəyə tabe olur.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, amma bəzən bu qızartılar bakterial meningit və ya sistem xəstəliklərin əlaməti də ola bilər. Bakterial meningit zamanı yanaqda olan qırmızılardan sonra üzün dərisində göyümtül-moruq rəngində ləkələr qalır. Ona görə də həkimə müraciət etmək və diaqnozu dəqiqləşdirmək lazımdır.
Yanaqdakı qızartılara sinir sistemi xəstəlikləri, həzm prosesində baş verən patologiyalar, kardiosirkulyator xəstəliklər, immun sistemi xəstəlikləri səbəb ola bilir.
Yanaqda qızartılarla bərabər bəzi əlamətlər də meydana çıxa bilər:
- qızartılarda qabarma və qanamalar
- yanaqda yanğı hissi
- dəridə qaşınma və çatlar
- ağız və ya burunda yaralar
- nadir hallarda çənədə və boyunda yaraların olması
- qızartı və iltihab
- qabıqvermə və qabığın soyulması
- qızartının ətrafında şişkinlik
- yanaqda qan damarlarının görünməsi.
Qızartıların həcmı geniş olduqda xəstələrdə burun axması və asqırma da müşayət edilir.
Yanaqlarda qızartıların əmələ gəlməsinə bəzi kimyəvi maddələrlə yaxın təmasda olmaq da səbəb ola bilir. Bu zaman qızartını asanlıqla aradan qaldırmaq mümkündür. Qızartını törədən səbəbdən uzaq durmaq və yüngül allergiya müalicəsi xəstəliyin əlamətlərini aradan qaldırır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO