Siyasət

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi" - &l

  • 23 Jul 2017
  • 228 baxış

Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Rusiya, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edir. Məhz ikitərəfli və digər məsələlərin müzakirəsi, regionda mövcud olan mürəkkəb problemlərin həlli yollarının axtarılması baxımından Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü böyük əhəmiyyətə malikdir.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov səsləndirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət başçılarının görüşləri çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəməyən, bu əlaqələrə kölgə salmaq niyyətində olan bəzi qüvvələr də var. Ancaq Azərbaycan-Rusiya prezidentlərinin Soçi görüşü sübut etdi ki, həmin qüvvələrin niyyətləri puç və mənasızdır", - deyə deputat vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İstanbulda qardaş Türkiyənin Prezidenti, ABŞ-ın dövlət katibi, bundan sonra isə Rusiya Prezidenti ilə görüşdü. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olundu. Bu barədə danışan Rasim Musabəyov əmin olduğunu bildirib ki, münaqişənin həlli ilə bağlı yaxın zamanlarda irəliləyişlərə nail olunacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR