idman

AZAL FK "Şüvəlan" oldu

  • 12 May 2017
  • 317 baxış

AZAL futbol klubu fəaliyyətini davam etdirəcək.

XalqTV.com  report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, AZAL klubun ləğv edilməsi ilə bağlı 2017-ci il mayın 3-də verilən bəyanat, klub azarkeşlərinin, "fan klub" üzvlərinin, xüsusilə Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

Məlumata görə, bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb və AZAL-ın "Şüvəlan Futbol Klubu" adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.

Klub yeni mövsümdə I Divizionda təmsil olunacaq. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR