idman

"Qarabağ": Həm ziyarət, həm ticarət

  • 23 Jul 2017
  • 240 baxış

"Qarabağ"ın fanşopunun rəsmi açılışı olub.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "Park Bulvar AVM"in 2-ci mərtəbəsində yerləşən rəsmi mağazanın açılışında klubun vitse-prezidenti Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl iştirak edib.
 
Futbolçulardan kapitan Rəşad Sadıqovla Dani Kintanın da olduğu tədbirdə Tahir Gözəl nitq söyləyib. Qısa çıxışdan sonra oğlu və Əmrah Çəlikəllə birlikdə qırmızı lenti kəsən vitse-prezident mağazadan ilk alış-verişi də özü edib.
 
Ardınca futbolçular da müəyyən aksesuarlar alıblar.
 
Qeyd edək ki, bu gün Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmasının 24 ili tamam olur. Bu münasibətlə klub rəsmiləri və futbolçular şəhidlər xiyabanını ziyarətə gediblər və ordan dönüşdə rəsmi açılışda iştirak ediblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR