idman

"Milan" Rodrigeslə razılığa gəldi

  • 12 May 2017
  • 248 baxış

"Milan" növbəti mövsüm üçün transfer çalışmalarına start verib. 

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Volfsburq"un müdafiəçisi Rikardo Rodrigesi transfer edir. 

İsveçrəli futbolçunun keçidi ilə bağlı 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Sol cinah müdafiəçisinin transferi "Milan"a 18 milyon avroya başa gələcək. 

Qeyd edək ki, "Milan" rəhbərliyi futbolçunun özü ilə şəxsi müqavilə detallarını razılaşdırıb. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR