idman
Milli üzvü baxdı, komandası qola həsrət qaldı
Ukrayna Premyer Liqasında II tura start verilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın oyunçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya"da növbəti matçını keçirib.
İlk turda "Olimpik"ə 0:2 hesabı ilə məğlub olan komanda bu dəfə də qələbə üzünə həsrət qalıb. Kirovoqradlılar səfərdə "Veres"lə qarşılaşıblar. Matçda hesab açılmayıb.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Paşayev 90 dəqiqə ərzində meydana daxil ola bilməyib.
Qeyd edək ki, iki turdan sonra cəmi 1 xalı olan "Aleksandriya" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR