"İstanbul Başakşehir"dən daha 2 transfer
Türkiyədə transfer fəaliyyətinin aktivliyi ilə seçilən "İstanbul Başakşehir" daha 2 futbolçu ilə müqavilə imzalayıb.
XalqTV.com -a istinadən xəbər verir ki, Manuel da Kosta və Kərim Frayla 3 illik anlaşma əldə olunub.
"Kərim milli komandada çıxış etmiş futbolçudur. Baş məşqçimiz Abdullah Avcının ondan gözləntiləri böyükdür. Onun potensialı buna əsas verir. Yeni mövsümdə Avrokuboklarda və daxili çempionatda bizə lazımi dəstəyi verəcək. Müdafiə xəttində yeni futbolçuya ehtiyac vardı. Da Kostanın Avropa təcrübəsi var. Hər iki futbolçunun ailəmizə qoşulması bizi sevindirir" - klubun prezidenti Göksel Gümüşdağ deyib.
"İstanbul Başakşehir" bu yay artıq Aurelian Şedcu, Qael Klişi, Gökhan İnler kimi tanınmış simaları heyətinə qatmaqla diqqəti üzərinə çəkməyi bacarıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində