idman
"Yuve"dən 40 milyonluq transfer
Dani Alveş və Leonardo Bonuççi kimi aparıcı oyunçularla vidalaşan "Yuventus" "transfer bazarı"nda da fəallıq nümayiş etdirir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "qoca sinyora" heyətinə daha bir futbolçu cəlb edib.
Belə ki, "Fiorentina"nın yarımmüdafiəçisi Federiko Bernardeski yeni mövsümdən "ağ-qara" formanı geyinəcək. Bu keçid İtaliya çempionuna 40 milyon avroya başa gəlib. Həmçinin tərəflər arasında anlaşmaya əsasən, "Yuve" gələcəkdə oyunçunu satarsa, transfer məbləğinin 10 faizi "Fiorentina"ya çatacaq.
Yeni komandası ilə 5 illik müqavlə imzalayacaq 23 yaşlı hücumameyilli oyunçunun illik məvacibi 4 milyon avro olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR