idman

Basketbol yığmamızdan uğursuz nəticə

  • 21 Jul 2017
  • 223 baxış

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığma komandası Avropa çempionatında uğursuzluqla üzləşib.

XalqTV.com  Report-a istinadən xəbər verir ki, B divizionunda mübarizə aparan milli indiyədək keçirdiyi bütün görüşləri uduzub.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Rusiyaya 56:85, Slovakiyaya 78:86, Böyük Britaniyaya 68:111 və Hollandiyaya 54:85 hesabı ilə yenilərək, yer aldığı B qrupunda sonuncu olub.

Azərbaycan yığması qrup sonuncularının iştirak etdiyi 17 - 21-ci yerlər uğrunda mübarizədə də inamsız təsir bağışlayıb və Ermənistan yığmasına məğlub olub - 80:82. 21 komandanın iştirak etdiyi çempionatda sonuncu olmamaq üçün hələlik müəyyənləşməyən rəqiblə qarşılaşmadan qalib ayrılmaq lazımdır.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR