idman

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

  • 21 Jul 2017
  • 240 baxış

Avropa Liqasının III təsnifat mərhələsinin cütləri müəyyənləşib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, II təsnifat mərhələsinin dünən baş tutan cavab matçlarından sonra növbəti raundun 29 cütün dəqiqləşib.

Birbaşa bu mərhələdən yarışa qatılacaq 25 kluba daha tur adlayan 33 komanda da qoşulub. Bu 58 iştirakçı arasında Azərbaycan təmsilçisi də var. Polşa "Yagelloniya"sını (1:1, 2:0) keçən "Qəbələ" yarışda mübarizəni davam etdirəcək. "Qırmızı-qaralar" növbəti mərhələdə Yunanıstan "Panatinaikos"la qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Avropa Liqası III təsnifat mərhələsi oyunları:

"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
"Ostersun" (İsveç) - "Fola" (Lüksemburq)
"Astra" (Rumıniya) - "Aleksandriya" (Ukrayna)
PSV (Hollandiya) - "Osiyek" (Xorvatiya)
"Trakay" (Litva) - "Şkendiya" (Makedoniya)
"Krasnodar" (Rusiya) - "Lyunqbyu" (Danimarka)
"Fənərbaxça" (Türkiyə) - "Şturm" (Avstriya)
"Mlada Boleslav" (Çexiya) - "Skenderbeu" (Albaniya)
"Austriya" (Avstriya) - AEL (Kipr)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Odd" (Norveç)
"Dinamo" (Buxarest, Rumıniya) - "Atletik" (İspaniya)
"Olimpik" (Ukrayna) - PAOK (Yunanıstan)
"Arka" (Polşa) - "Midtyulland" (Danimarka)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Lex" (Polşa)
"Bordo" (Fransa) - "Videoton" (Macarıstan)
"Panionios" (Yunanıstan) - "Utrext" (Hollandiya)
"Universtatya" (Krayova, Rumıniya) -  "Milan" (İtaliya)
"Brondbü" (Danimarka) - "Hayduk" (Xorvatiya)
"Gent" (Belçika) - "Altax" (Avstriya)
"Everton" (İngiltərə) - "Rujomberok" (Slovakiya)
"Aberdin" (Şotlandiya) - "Apollon" (Kipr)
"Srvena Zvezda" (Serbiya) - "Sparta" (Çexiya)
"Beytar" (İsrail) - "Maritimo" (Portuqaliya)
"Zenit" (Rusiya) - "Bney Yehuda" (İsrail)
"Marsel" (Fransa) - "Ostende" (Belçika)
"Frayburq" (Almaniya) - "Domjale" (Sloveniya)
AEK (Kipr) - "Dinamo" (Minsk, Belarus)
AİK (İsveç) - "Braqa" (Portuqaliya)
"Suduva" (Litva) - "Syon" (İsveçrə)

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR