İqtisadiyyat

Turpaketlərin qiyməti ucuzlaşıb - VİDEO

  • 20 Jul 2017
  • 261 baxış

Yay tətilini ölkəmizdə keçirənlərlə yanaşı, xaricə üz tutanlar da az deyil. Nəzərə alsaq ki, artıq yay mövsümünün sonuna yaxınlaşırıq, tur paketlərinin qiymətlərində də dəyişiklik müşahidə olunur. Belə ki, qiymətlər mövsümün əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakinləri isə bu barədə fərqli düşünürlər. Kimisi mövsüm başlamazdan əvvəl, kimisi də hələ indi turpaketlərin qiymətlərinin daha münasib olduğunu düşünür.
Turizm sahəsi üzrə ekspertlər ümumiyyətlə səyahətlərin əvvəlcədən planlaşdırılmasını tövsiyə edir. Bu zaman tur paketlərinin qiyməti daha ucuza başa gəlir.
Təbii ki, seçim sizindir, büdcənizə və istəyinizə uyğun məkanda dincəlmək hüququnuz var. Əsas odur ki, mövsüm bitmədən faydalanın.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR