"Qəbələ" çətin sınaq qarşısında
UEFA Avropa Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, son 2 ildə qrup mərhələsində yarışan "Qəbələ"ni səfərdə çətin oyun gözləyir.
Roman Qriqorçukun komandası Polşada "Yagelloniya"nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alınıb. Odur ki, mərhələ adlamaq üçün "Qəbələ" qələbə qazanmalı, ən pis halda bol qollu heç-heçəyə nail olmalıdır.
UEFA Avropa Liqası II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)
İlk oyun - 1:1
Baş hakim: Konstasntin Sebastian Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində