idman
"Sumqayıt" ərəblərə qarşı
2017-18 mövsümünə hazırlaşan "Sumqayıt" toplanışın 2-ci mərhələsi üçün yollandığı Boluda çalışmalarını davam etdirir.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün növbəti yoxlama görüşünə çıxacaq.
Baş məşqçi Samir Abasov yetirmələrini Səudiyyə Ərəbistanı klubu "Al-Fateh"lə matçda sınayacaq. "VON Resort Hotel"inin stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, 1958-ci ildə yaranan "Al-Fateh" son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.
Yoxlama görüşü
20 iyul
19:00. "Sumqayıt" (Azərbaycan) - "Al-Fateh" (Səudiyyə Ərəbistanı)
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR