idman
"Qarabağ" məşqlərə başladı
Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia"nı mübarizədən kənarlaşdıran "Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi dünən bir məşqə çıxıb.
Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. "Samtredia" ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.
Qeyd edək ki, "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi Moldova çempionu "Şerif" olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR