idman
"Birbaşa çempion olacağımızı demək istəmirəm"
"Liverpool"un yarımmüdafiəçisi Jorjinyo Viynaldum Premyer Liqanın yeni mövsümü barədə fikirlərini açıqlayıb.
"Birbaşa çempion olacağımızı demək istəmirəm. Fikrimcə, titul qazanmağa layiq komandamız var. "Liverpool" ötən mövsümdəki səhvlərə yol verməyəcək. Keçən il çempionata yaxşı başlamışdıq. Amma yanvar və fevralda bəzi uğursuz nəticələrimiz oldu. Buna görə çempionluq mübarizəsindən geri qaldıq. Qələbə qazanmaq üçün həmişə baxımlı oyun göstərmək lazım deyil. "Chelsea" buna yaxşı nümunədir. Səhvlərimizdən nəticə çıxarmaq lazımdır".
Ötən mövsüm "mersesaydlılar" Premyer Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanmışdılar.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR