Aqollinin komandasında növbəti italyan
Futbol üzrə Albaniya milli komandasına yeni baş məşqçi təyin olunub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis Kristian Panuççi ilə danışıqlar uğurla yekunlaşdırılıb. Onunla imzalanan müqavilənin müddəti və şərtləri açıqlanmır. Yeni baş məşqçi mətbuat konfransında 2018-ci il dünya çempionatına vəsiqə qazanmağın mümkün olmadığını açıqlayıb. O, artıq indidən 2020-ci il Avropa çempionatına hazırlaşmalarının gərəkliyini vurğulayıb. Panuççi əvvəlki baş məşqçi Canni De Byazi kimi adını tarixə yazdırmağa çalışacağını əlavə edib.
Albaniya millisində "Qarabağ"ın futbolçusu Ansi Aqolli də çıxış edir. O, 2016-cı il Avropa çempionatında yığmanın kapitanı olub. İtaliyalı Canni De Byazi Albaniya millisində 2011 - 2017-ci illərdə çalışıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində