idman

"Real" müdafiəçisini "Mançester Siti"yə satır

  • 19 Jul 2017
  • 227 baxış

"Real"ın müdafiəçisi Danilo karyerasını İngiltərədə davam etdirəcək.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Mançester Siti"yə keçəcək.

Bir müddətdi adı "Çelsi" ilə birgə hallanan "sambaçı" üçün ən sərfəli təklif "şəhərlilər"dən gəlib. Dani Alveşin transferində "PSJ"-yə uduzan "Mançester Siti" dərhal hərəkətə gələrək, "Real"la anlaşıb.
 
Klublar arasındakı razılığa görə, ispanlar bu keçiddən 30 milyon avro əldə edəcəklər. Futbolçunun iştirakına görə, madridlilər daha 5 milyon avro bonus qazana bilərlər.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR