Siyasət
Rəsmi Ankara Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallığı artırmağa çağırdı
"Türkiyə Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıda fəallığı artırmağa çağırıb".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilən brifinqdə deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.
M.Çavuşoğlu bir daha vurğulayıb ki, Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində iyulun 4-də törətdiyi təxribatı qınayır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR