idman

"Milan" "təmizləmə işləri" də aparır

  • 19 Jul 2017
  • 261 baxış

"Transfer bazarı"nın ən fəal komandası olan "Milan" heyətində "təmizləmə işləri" də aparır.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "rossonerlər" Canluka Lapadula ilə yollarını ayırıblar.

Ötən il "Peskara"dan transfer edilən 27 yaşlı hücumçu "Cenoa" klubuna bir illik icarəyə verilib. "Cenoa" gələn yay forvardı 11 milyon avroya transfer etmək hüququna malik olacaq. Keçid baş tutarsa, Lapadula genuyalılarla 2022-ci ilə qədər müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Canluka Lapadula ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 8 qola imza atıblar.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR