Dünya

Venesuela prezidentinə qarşı iddia qaldırılıb

  • 18 Jul 2017
  • 236 baxış

Kolumbiyadan və Çilidən olan bir qrup senator Haaqada Beynəlxalq cinayət məhkəməsinə müraciət edərək Venesuela Prezidenti Nikolas Maduroya qarşı iddia qaldırıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, ona qarşı irəli sürülən ittihamlar arasında işgəncələr və əhalinin qeyri-qanuni bölgüsü yer alıb.
"Bu ona görə edilir ki, Haaqada məhkəmə prokurorunun dəftərxanası işgəncə, təzyiq, qeyri-qanuni həbslər və s. barədə məlumatlı olsun", - Kolumbiya parlamentinin üzvü İvan Dukenin saytında yerləşdirilən məlumatda deyilir.
İ.Dukenin sözlərinə görə, iddia 56 səhifədən ibarətdir. Sənəd Nikolas Maduro tərəfindən həyata keçirilən mümkün cinayətlər barədədir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR