idman
"Mançester Yunayted"də yeni müqavilə
"Mançester Yunayted"in argentinalı qapıçısı Serxio Romero "qırmızı şeytanlar"la müqaviləsini 2021-ci ilə kimi uzadıb.
XalqTV.com -a istinadən xəbər verir ki, Romero "Yunayted"də qaldığına görə xoşbəxt olduğunu deyib.
"Çox xoşbəxtəm. "Mançester Yunayted"ə qədəm qoyandan onun dünyada ən böyük klub olduğuna yəqinlik tapdım. Karyeramı burda davam etdirməyə şadam. Son mövsüm mənim üçün fantastik keçdi. Biz Avropa Liqasının qalibi olduq. Ümid edirəm ki, yeni mövsümdə də müsbət istiqamətdə işlməyə davam edərik. Joze Mourinyo əminliyimi artırıb. Bu, mənim çün çox mühümdür".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR