idman
"Qarabağ"ın mümkün rəqibindən heç-heçə
"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki mümkün rəqibi "Şerif" Moldova liqasında növbəti oyununa çıxıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, komanda 2-ci turda səfərdə "Daçia" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
"Daçia" - "Şerif" - 1:1
Qollar: George Anton, 12 (1:0), Josip Brezoveç, 44 (1:1)
Qeyd edək ki, 2-turdan sonra 4 xalla 1-4-cü pillələri bölüşdürür.
Əlavə edək ki, ilk matçda "Samtredia"ya (Gürcüstan) 5:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çıxacağıq təqdirdə, "Şerif" - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR