ABŞ Milli Kəşfiyyat Agentliyi: "Bu il Qarabağda tammiqyaslı müharibə gözlənilir"
Tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.
XalqTV.com virtualaz.org-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında göstərilir. Hesabatı agentliyin direktoru Daniel Kouts bu gün Konqresə təqdim edib.
/>
"Azərbaycanla Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır"-RİA Novosti agentliyin hesabatından sitat gətirir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində