Millimizin daha bir üzvü Avstriya klubunda
"Neftçi"nin və U-21 millimizin üzvü Elvin Bədəlovu heyətinə qatan Avstriyanın "Qarabağ" klubu daha bir azərbaycanlı futbolçu ilə güclənib.
XalqTV.com fanat.az-a istinadən bildirir ki, Vyana təmsilçisi Ukraynanın "Dnepr" klubundan Dmitri Nağıyevlə güclənib.
21 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Dnepr"in formasını geyinirdi. Dmitri Nağıyev 2015-ci ildən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə cəlb olunur.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. 2015/16 mövsümündə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan "Qarabağ" ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb. 2017/18 mövsümündə komanda Regional Liqanın Şərq zonasında çıxış edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində